HAQQIMIZDA
Biz Almaniya, Italiya, Rusiya ve Turkiyənin tanınmış firmalarının qapılarını müştərinin istəyi ilə sifariş veririk ve pulsuz olaraq quraşdırırıq. Gördüyümüz işlərə istehsalçı tərəfindən verilmiş zəmanəti tam olaraq veririk.

2000-ci ildə təməli qoyulan "SS METAL" şirkəti alumindən, metaldan, plastik, taxta xammaldan müxtəlif təyinatlı tökmə məmulatlar, konstruksiyalar və qapı-pəncərələr hazırlayır. "SS METAL" şirkətinin sexləri istənilən sifarişı keyfiyyətlə yerinə yetirmək üçün lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilib.Təcrübəli mühəndis və fəhlə heyəti müxtəlif dizaynlarda və çətinliklərdə işlərin öhdəsindən gəlməyə qadirdir. "SS METAL" şirkəti aşağıda göstərilmiş işləri keyfiyyətlə və qisa vaxt ərzində yerinə yetirir.
- Alumin xammaldan tökmə üsulu ilə qapı, sürahı, reşotka, məhəccər, skamya, güldan, fəvvarə elementləri, işıqlandırma dirəkləri və digər konstruksiyalar üçün dekorativ və funksional elementlər və s.
- Metaldan müxtəlif əşyalar, konstruksiyalar, döymə üsulu ilə qapı, darvaza, reşotkalar, kiçik məişət elementləri və s.
- Taxta və ağacdan besetka, stol-stul, dekorativ elementlər, bəzək aksesuarları, məişətdə və bağ şəraitində lazım olan əşyalar və s.
- Plastik və alumin qapı-pəncərələr və jalyuzlər.
- Avtomatik qapıların hazırlanması və quraşdırılması.
"SS METAL" şirkətinin kollektivi fərdi və korporativ sifarişlərin tez bir zamanda və keyfiyyətlə yerinə yetirməyə hazırdır.
